A.Mustafayeva: “Erməni terrorizmi ilə bağlı nəşr bir neçə Avropa dilinə tərcümə olunacaq”
Tarix: 18.02.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində maddi-mədəni abidələrin məhv edilməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutu və UNESCO üzrə Azərbaycan Milli komissiyası birgə layihə həyata keçirir. Bunu jurnalistlərə açıqlamasında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. Onun sözlərinə görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində dini abidələr dağıdılıb. Bunlar həm müsəlman, həm də alban-xristian abidələridir: "Terrorizm heç nəyi qorumur, heç bir inkişafa imkan vermir, heç bir tarixə hörmət qoymur. Biz bu problemi dəfələrlə qaldırmışıq. UNESCO üzrə Azərbaycan Milli komissiyası ilə birgə biz bir ildən çoxdur ki, bu layihə üzərində işləyirik. Bununla bağlı nəşr hazırlanıb. O, bir neçə Avropa dilinə tərcümə olunacaq. Ümid edirəm ki, bu, öz müsbət nəticəsini verəcək". A.Mustafayeva həmçinin qeyd edib ki, Avropada bir çox ölkələrdə antisemitizmin və "erməni soyqırımı"nı təkzib edənlərin cəzalandırıldığı halda müsəlmanların və onların müqəddəslərinin təhqir olunmasının söz azadlığı kimi qələmə verilməsi ikili standartlardır.
Onun fikrincə, artıq müsəlmanlar belə hadisələrə alışıb: "Lakin biz hər zaman buna cavabımızı vermişik, bundan sonra da tutarlı cavablar verəcəyik. Prezident İlham Əliyevin söylədiyi kimi, biz doğru siyasətimizi yerinə yetirərək, dünyaya öz həqiqətimizi, mədəniyyətimizi göstərməliyik".
A.Mustafayeva qeyd edib ki, Azərbaycan nümunəvi cəmiyyət olaraq tarix boyunca bütün dünyaya öz tolerantlığını göstərib və Avropa ondan ibrət dərsi götürməlidir: "Bu gün Avropada cərəyan edən hadisələr, vandalizm, antiİislam, antimüsəlman hərəkatları isə göstərir ki, Azərbaycan onlar üçün böyük nümunə ola bilər. Onlar Azərbaycanın təcrübəsindən ibrət dərsi götürməlidirlər. İnsan hüquqları üzrə Avropa Konvensiyası məhz orada qəbul olunub".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
14.11.2019
Almaniya mətbuatı siyasi mühacir alverində şübhəli bilinən azərbaycanlıların saxlanması barədə məlumat yayıb
14.11.2019
Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları
14.11.2019
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info