Heydər Əliyev Mərkəzi ilə onlayn bağlantı təşkil olunub
Tarix: 18.02.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə elmi-praktik seminar keçirilib. Bu dəfəki seminarda “Heydər Əliyev və Azərbaycan elmi” mövzusu müzakirə olunub. Naxçıvan Dövlət Universiteti də onlayn bağlantı vasitəsilə keçirilən mövzunun müzakirəsində iştirak edib.
Seminarda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin əməkdaşları iştirak ediblər. Qeyd edək ki, üçtərəfli videobağlantıya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi də qoşulub.
İlk öncə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək bildirib ki, “Heydər Əliyev irsi” mövzusunda elmi-praktik seminarlar adlı layihə Mərkəz tərəfindən həyata keçirilən maraqlı layihələrdəndir və bu cür seminarlar mütəmadi olaraq keçirilir. Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğulayan Məhəbbət Mehdiyeva bu baxımdan seminarın “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda keçirilməsini də əhəmiyyətli sayıb.
Seminarda məruzəsi dinlənilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev Azərbaycanın bu gününü – müasir Azərbaycanı yaradıb.
AMEA-nın prezidenti bildirib ki, Azərbaycan tarixində tarix yaradan şəxsiyyətlər az olmayıb. XX əsrin belə görkəmli tarixi şəxsiyyətlərindən biri də ümummili lider Heydər Əliyevdir: “Heydər Əliyev deyirdi ki, elm və təhsilin sürətli inkişafı Azərbaycan xalqının XX əsrdə ən böyük nailiyyətidir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu istiqamətlər sırasında elm sahəsinin xüsusi yeri var”. Qeyd olunub ki, ki, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə dahi rəhbərin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib.
1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran akademik Akif Əlizadə həmin dövrdə ölkəmizdə yeni mərhələnin başladığını bildirib. Elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atılıb.
Ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolu barədə də danışan akademik Akif Əlizadə Heydər Əliyevin hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb.
Videobağlantı zamanı Naxçıvan MR-nın elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər və onları maraqlandıran suallar cavablandırılıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info