Ağ Yol ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etdi
Tarix: 18.02.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Ağ Yol Vətəndaş Hərəkatının rəsmi “Facebook” səhifəsində, 550 minlik eyni adlı qrupunda və “tvitter” hesabında ATƏT-in Minsk qrupunun fəaliyyəti müzakirəyə çıxarılaraq tənqid edilib. Müzakirələr zamanı daha çox aşağıdakı məsələlərə diqqət ayrılıb:
ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif verməkdən başqa işləri yoxdurmu? 25 ildir ki, ancaq təklif verir, səyahət edir, zarafat edir və prezidentlərlə şəkil çəkdirirlər. Bundan gözəl vəzifə ola bilərmi? Azərbaycan Prezidenti İlham Əliyev də onların fəaliyyəti ilə bağlı narazılıq ifadə edib. Amma, nə fayda, sən saydığını say, görə ATƏT-in Minsk Qrupunun həmsədrləri nə sayır? Milyondan çox qaçqın və köçkünümüz isə yurd-yuvasından didərgin düşərək min bir əziyyətə qatlaşırlar!
Təkliflər, əslində pis deyil. Amma, təklifləri də, açığı tükəndiriblər. Bir də ki, əgər təkliflər qəbul olunmayacaqsa, o zaman onların qızıl suyuna çəkilib lövhələrdə belə təqdim olunması işə fayda verməz. Ermənistanın işğalçı rejimi geri addım atmaq niyyətində deyil. Əgər onlar axmaq mövqelərindən geri çəkilmirsə, o zaman heç ATƏT-in Minsk qrupu da lazım deyil. Çünki, ermənilər bu qrupla pərdələnərək status-kvonu saxlamaqda davam edirlər.
Avropa və ABŞ-ın mövqeyi isə birmənalı deyil. Onlar danışıqların davam etməsini və sülh istəyirlər. Amma, Ermənistanın sülh istədiyindən əmindirlərmi? Biz buna əmin deyilik. Çünki, bu işğalçılar Dağlıq-Qarabağın ətrafında işğal etdikləri 6 rayondan birini belə boşaltmaqdan imtina edirlər. Belə halda, Azərbaycan nə qədər dözüm göstərməlidir? Onlar sülh istəyirsə, Ermənistanı sülh sazişinə getməyə və işğal etdikləri torpaqları azad etməyə məcbur etməlidir.
Keçmiş Sovetlər Birliyində bu gün də davam edən bütün nadürüstlüyün və işğalçılığın əsasını Ermənistanın aqressiv hakimiyyəti qoyub. Onlar şər və böhtan toxumu səpiblər və bu gün də səpməkdə davam edirlər.
Rusiyanın da mövqeyi anlaşılan deyil. Azərbaycan onların dar günündə hər zaman dəstək olub. Bu gün də onlara dəstək olmaqda davam edir. İkinci Dünya müharibəsinin qazanılmasında Azərbaycan nefti əsas rol oynayıb. Azərbaycan hər zaman Rusiyaya yaxşı qonşu olub. Rusiya isə bu gün Dağlıq Qarabağ münaqişəsinin həllini öz çıxarlarına bağlayıb. Bu yanaşma düzgün ola bilərmi? Belə bir mövqe ilə Rusiya Azərbaycan insanının könlünü ala bilərmi? Əsla!
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info