BAK Xocalı soyqırımı əlaqədar Bəyannamə qəbul edib
Tarix: 18.02.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnstitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış Bəyannamə qəbul edib. Bəyannamədə Avropa parlamentlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğın ən ağır cinayətlərdən biridir: “Bir gecədə şəhərin əksəriyyəti yaşlı, uşaq və qadın olan 613 dinc sakininin vəhşiliklə qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciəsidir”.
Benilüks Azərbaycanlılar Konqresi dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların ədalət məhkəməsinə çağırılmasını tələb edir. Bəyannamə müəllifləri həmçinin, Avropanın beynəlxalq təşkilatlarını və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb. Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası ve Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatı, “Amnesty İnternational”, “Human Rights Watch” təşkilatlarına, Niderland, Belçika və Lüksemburq parlamentlərinə göndərilib. Qeyd edək ki, Belçika, Niderland və Lüksemburqdakı 15-ə yaxın Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərinin Avropada yayılması, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırılması və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info