“Azərbaycana dəymiş maddi zərərlə bağlı məsələ tribunala çıxarılmalıdır”
Tarix: 18.02.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçiriblər. Konfransda institutun direktoru, deputat Aytən Mustafayeva, komitə sədri Mübariz Qurbanlı, dini icma rəhbərləri, ekspertlər və QHT nümayəndələri iştirak ediblər.
Çıxışında tədbirin bu ərəfədə keçirilməsinin təsadüfü olmadığını deyən M. Qurbanlı bildirib ki, bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd ediləcək: “Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədiblər. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatdırılmalıdır”.
A. Mustafayeva isə bəyan edib ki, Azərbaycan işğal altında qalmış dini, tarixi, mədəni abidələri, Azərbaycana dəymiş maddi zərər üzərində işləməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: “Bizim məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır. İşğal altında təkcə müsəlman abidələri deyil, alban, xristian abidələri də var. Bu gün onların qorunmasından heç bir söhbət gedə bilməz”. A. Mustafayeva qeyd edib ki, tolerantlıq Azərbaycan üçün normal həyat tərzidir: "Biz özümüzə hörmət ediriksə, başqalarının da mədəniyyətinə hörmət etməliyik. Lakin təəssüflər olsun ki, Avropa Konvensiyasının yaradıcısı olan Avropa ölkələri bu mədəniyyəti qoruyub-saxlaya bilmirlər. Avropada multikulturalizm və tolerantlıqdan danışırlar, lakin real həyatda Avropa buna hazır olmadığını göstərdi”.
Konfransda “Erməni təcavüzü və dini abidələrimiz”, “Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri” mövzusunda təqdimatlar keçirilib. Daha sonra komitə ilə institut arasında anlaşma Memorandumu imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info