Füzulidə 70 minə yaxın sakin pulsuz tibbi müayinələrə cəlb olunacaq
Tarix: 18.02.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.
Rayon icra hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev bildirib ki, əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Horadiz şəhər xəstəxanasında və Füzuli Müalicə Diaqnostika Mərkəzində aparılır. Həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinləri evlərdə müayinə edirlər. Fevralın 2-dən indiyədək 15 mindən çox sakin tibbi müayinədən keçirilib. Onlardan 4322 nəfəri ambulator, 64 nəfəri stasionar müalicəyə cəlb edilib, 58 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Humanitar aksiyaya rayonun 70 minə yaxın sakininin cəlb olunması nəzərdə tutulur.
Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov aksiyanı xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından yüksək qiymətləndirib. Bildirib ki, çalışdığı tibb ocağının həkimləri bu nəcib aksiyaya həvəslə qoşulublar. Müayinələri əsasən, terapevt, cərrah, nevropatoloq, şüa-diaqnostika, kardioloq, ginekoloq, lor və digər tibb mütəxəssisləri aparırlar. Ehtiyac olduqda vətəndaşlar kompyuter tomoqramma, fuloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Müalicə Diaqnostika Mərkəzində gün ərzində orta hesabla 150-160 nəfər müayinə olunur. Aksiya başlanandan indiyədək 2445 nəfər vətəndaş tibbi aksiyadan yararlanıb.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır. Müalicə Diaqnostika Mərkəzində müayinə olunan Horadiz şəhər sakini Zülfüqar Səfərov, Mollaməhərrəmli kəndindən gəlmiş Çiçək Məcidova və digər sakinlər tibbi müayinələrin keçirilməsini ürəkdən alqışladıqlarını bildirib, insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info