Okayamada Azərbaycan haqqında təşkil olunmuş seminar maraqla qarşılanıb
Tarix: 18.02.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Yaponiyanın Okayama şəhərində Azərbaycan haqqında seminar keçirilib. Seminarda Okayama şəhəri ilə yanaşı, Osaka, Nara, Takamatsu, Hiroşima və Tottori şəhərlərinin iş adamları da iştirak ediblər.
“World Investers TV” internet televiziyasının prodüseri, dünya ölkələrinin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida son illər dünya iqtisadiyyatında baş verən proseslərdən, bəzi ölkələrin yaranmış mürəkkəb şəraitdən bacarıqla çıxmasından danışıb. Bildirilib ki, inkişaf etməkdə olan bir sıra ölkələr mövcud iqtisadi potensialdan məharətlə yararlanaraq böhrandan itkisiz çıxmağı bacarıb, ümumi daxili məhsulun artımında mühüm irəliləyişə nail olublar. Belə ölkələr sırasında Azərbaycanın xüsusən seçildiyini vurğulayan K.İşida son 10 ildə respublikamızda həyata keçirilən nəhəng layihələrdən söhbət açıb. Tanınmış ekspert Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu, yaxın 15 ildə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıb. K.İşida bu sürətli inkişafın şahidi olmaq istəyənləri cari ilin aprelində Azərbaycana təşkil olunacaq növbəti işgüzar səfərə dəvət edib.
Seminarda Azərbaycanda son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan dünyanın enerji təminatında mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələrində əsas rol oynayan ölkələrdən biridir. Ölkəmizin böyük beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə təşkil olunduğu bir məkana çevrildiyini diqqətə çatdıran K.İşida cari ildə ilk Avropa Oyunlarının məhz Bakıda keçiriləcəyini vurğulayıb.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini diqqətə çatdıran K.İşida, ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb. Bildirib ki, respublikamızda əlverişli biznes mühiti var və investisiya qoyuluşu üçün münbit şərait yaradılıb. Azərbaycan Yaponiyanın yüksək texnologiyaları, alternativ enerji mənbələri, kosmik məkanın mənimsənilməsi sahələrində qabaqcıl texniki nailiyyətlərin idxalında maraqlıdır. Eyni zamanda, gündoğar ölkədə də Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük maraq var. Bu, hər iki ölkədə qarşılıqlı mənfəət əsasında perspektivli biznesin inkişafına təkan verə biləcək amillərdir.
Tədbirdə iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları ətraflı cavablandırılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info