Ukraynalı tarixçi Ali Radanın Xocalı soyqırımı ilə bağlı qərar qəbul etməsini istəyir
Tarix: 18.02.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Zaporojye şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Trend-in məlumatına görə, Zaporojye vilayət administrasiyası rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diaspor və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, erməni şovinistlərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırım siyasəti haqqında ətraflı məlumat verib. 23 il bundan əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və dinc əhaliyə qarşı amansız qəddarlıqlar nümayiş etdirdiklərini diqqətə çatdıran fəxri konsul bu cinayətdə birbaşa əli olan indiki Ermənistan rəhbərliyinin gec-tez qüdrətli Azərbayacan dövləti qarşısında cavab verəcəyini vurğulayıb. Qeyd edib ki , qlobal iqtisadi inkişaf tempinə görə bölgədə lider dövlət olan Azərbaycan istənilən vaxt Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.
Sonra tədbirə qatılanlar Azərbaycan Televiziyasının hazırladığı “Xocalı harayı” filminə baxmaqla erməni xislətinin vəhşi obrazı ilə tanış olublar.
"Xocalı faciəsini törədənlər dünyanın ən ağır cəzasına məhkum olunmalıdır", - filmə baxdıqdan sonra bu tələblə çıxış edən Zaporojye şəhər Radasının Mədəniyyət və milli məsələlər departamentinin rəhbəri Pavel Myalo, tarixçi alim Anatoli Qançarenko və digər çıxış edənlər indiyədək belə bir bəşəri cinayətin cəzasız qalmasından hiddətləndiklərini bildiriblər. Bu baxımdan beynəlxalq təşkilatları və Ukrayna parlamentini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyiblər.
Tarixçi alim A.Qançarenko çıxışında bildirib ki, bu gün dünyanın bir çox ölkələrində dəhşətli faciələr baş verir: "Əminəm ki, əgər dünya birliyi vaxtında Xocalı soyqırımına hüquqi siyasi qiymət versəydi, bu gün çox yerdə şahidi olduğumuz faciələrlə üzləşməzdik. Mən çox istərdim ki, tezliklə dünya birliyi, o cümlədən, Ukrayna parlamenti Xocalı soyqırımı haqqında qərar qəbul etsin. Bu amansiz cinayəti törədənlər cəzalandırılsın".
Anım mərasiminin sonunda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info