Azərbaycan İDEX-2015 sərgisində hansı silah və texnikaları nümayiş etdirəcək?
Tarix: 18.02.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Müdafiə Sənayesi Nazirliyi (MSN) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "İDEX-2015" beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək.
Nazirlikdən bildiriblər ki, fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə "İDEX-2015" adı altında beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info