Naxçıvan Avtomobil Zavodu Bakı 2015 Avropa Oyunlarının 8-ci Rəsmi Dəstəkçisi oldu
Tarix: 18.02.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodunun (NAZ) bu yay keçiriləcək ilk Avropa Oyunlarının Rəsmi Dəstəkçisi elan edildiyi sazişə imza atıb.
Oyunların Əməliyyat Komitəsindən verilən məlumata görə, saziş çərçivəsində Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı 2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.
NAZ, həmçinin "Bakı 2015 Avropa Oyunlarının Rəsmi Avtomobili" titulunu və Bakı 2015 Avropa Oyunları loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan "Lifan" şirkətinə ötürəcək və Oyunlar müddətində istismar məqsədilə 280 ədəd "Lifan"’ markalı avtomobillər təchiz edəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Hər bir irimiqyaslı beynəlxalq çoxsaylı idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir. Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətini Bakı 2015 Avropa Oyunlarının Rəsmi Dəstəkçisi kimi görmək sevindirici haldır və əminəm ki, həm Naxçıvan Avtomobil Zavodu, həm də "Lifan" markalı avtomobillər bizim müştərilərimizə və maraqlı tərəflərə ən yaxşı şəkildə xidmət göstərəcək”.
Yarışların keçirildiyi 12-28 iyun tarixlərində Milli Olimpiya Komitəsi üzvləri, KİV və yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün həmin 280 ədəd nəqliyyat vasitəsindən istifadə olunacaq.
NAZ-ın direktoru Musa Abdullayev deyib: “Biz Bakı 2015 Avropa Oyunları ailəsinin bir üzvü olacağımıza və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verəcəyimizə görə fəxr edirik. "Lifan" avtomobil şirkəti ilə yaxından çalışaraq, tarixə yazılacaq ilk Avropa Oyunlarının bütün müştərilərinə və maraqlı tərəflərə dünya səviyyəli xidmət göstərəcəyik”.
Müqavilənin bağlanması ilə Naxçıvan Avtomobil Zavodu McDonald’s Azerbaijan, Tickethour, Milla, Sitecore, Motorola Solutions, Azersun Holding və Bazarstore şirkətlərindən sonra Bakı 2015 Avropa Oyunlarının səkkizinci Rəsmi Dəstəkçisinə çevrildi.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info