Bakıda keçid dövrü iqtisadiyyatının perspektivləri müzakirə olunacaq
Tarix: 18.02.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan hökumətinin nümayəndələri martın 17-də “The Economist Events” tərəfindən Bakıda təşkil olunacaq Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəklər.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, iqtisadiyyat və sənaye nazirinin müavini xanım Sevinc Həsənova, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə və neft gəlirlərindən asılı olmadan inkişafı ilə bağlı keçiriləcək müzakirədə iştirakını təsdiq etmiş hökumət nümayəndələri sırasındadırlar.
Bu ilin martın 17-də dünyanın 150-dən çox biznes lideri və investoru Azərbaycan İnvestisiya Forumu çərçivəsində “The Economist Events”in təşkilatçılığı ilə keçiriləcək iqtisadiyyatın keçid dövrü ilə bağlı yaranmış daxili və xarici perspektiv və imkanların müzakirəsində iştirak etmək üçün Bakıda toplaşacaq.
Sürətlə dəyişən geosiyasi tendensiyalar nəticəsində Azərbaycan çoxsaylı xarici təzyiq və təsirlərə məruz qalan regionun mərkəzində qərarlaşıb. Buna baxmayaraq, dövlət öz iqtisadi və siyasi müstəqilliyini qoruyub saxlaya bilib. İqtisadiyyatın çoxşaxəli inkişaf startegiyasını hədəf olaraq seçmiş Azərbaycan hökuməti, regional və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığa hər zaman açıqdır.
“The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi ilə keçiriləcək müzakirə forumu aparıcı dövlət xadimlərinin neft iqtisadiyyatının diversifikasiya imkanları və Azərbaycanın regionda idman, təhsil, texnologiya və mədəniyyət mərkəzinə çevrilmə vasitələri mövzularında açılış çıxışları ilə başlayacaq.
Forumda, həmçinin idman, bank, texnologiya, investisiya, istehsalat və təhsil sahələrinin görkəmli nümayəndələri iştirak edəcəklər. Onların sırasına Bakı-2015 Avropa Oyunlarının icraçı direktoru Saymon Kleq (Simon Clegg), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “Paşa Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, “Holcim” şirkətinin Avropa regionu üzrə rəhbəri Horia Adrian (Horia Adrian), Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçı eksperti Dmitri Qvindadze (Dimitri Gvindadze), Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri xanım Reyhan Hüseynova, Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə nümayəndəliyinin rəhbəri xanım Larisa Leşenko, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə rabitə, xarici əlaqələr və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov, “Khazar Ventures” şirkətnin təsisçisi Məmməd Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Azercell Telecom”un icraçı direktoru Vahid Mürsəliyev, “Ernst & Young” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov, İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası və “Red Communications” agentliyinin baş direktoru xanım Tatyana Mikayılova daxildirlər.
Qeyd edək ki, 2015-ci ilin martın 17-də Bakının “Four Seasons” hotelində “The Economist Events”in təşkilatçılığı ilə keçiriləcək Azərbaycan İnvestisiya Forumunun sponsorları qismində “Paşa Bank” və “Ernst & Young” çıxış edir. Çıxış edənlərin tam siyahısı, forumun yenilənmiş proqramı və tədbirə qeydiyyatdan keçmək üçün www.azerbaijansummit.economist.com internet səhifəsini ziyarət edin.
Əlavə məlumat əldə etmək və KİV nümayəndələrinin tədbirə qeydiyyatdan keçməsi üçün müraciət edin:
“The Economist Events” – strateji məsələlərin həlli istiqamətində yeni ideya axtarışında olan yüksəkvəzifəli rəhbərlərin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır. Tədbirlərin siyahısına müəyyən sahələrə aid olan mətbuat konfransları, idarə edənlər üçün və bütün dünya hökumətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar daxildir. “The Economist Group”a daxil olan və 162 illik tarixə və qüsursuz ada malik olan “The Economist Events” mühüm nailiyyətlər və müstəqil mövqe hesabına tanınmış və nüfuzlu brend hesab edilir. “The Economist Events” tərəfindən təşkil olunmuş hər bir layihə hadisələrin obyektiv və doğru təhlilini təmin edir. Şirkətin tədbirləri yüksək səviyyədə təşkil olunur və yüksəkvəzifəli rəhbərləri müzakirə olunan məsələ ilə bağlı əlavə məlumatla təmin edir, həmçinin fikir mübadiləsi və strateji yanaşmaları müqayisə etmək imkanını yaradır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info