Diaspor sədri Xalq yazıçısı Anarla görüşüb
Tarix: 18.02.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşüb. Görüşdə AYB, Mahmud Kaşkari adına Beynəlxalq Fond və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu arasında Kiyevdə imzalanan əməkdaşlıq müqaviləsi müzakirə olunub.
Görüşdə çıxış edən AYB-nin mətbuat xidmətinin rəhbəri, Mahmud Kaşkari adına Fondunun sədr müavini Xəyal Rza birgə əməkdaşlıq məqsədilə imzalanan səndə barədə ətraflı məlumat verib. Bildirib ki, müqavilədə aybKitab layihəsində nəşr olunan kitabların Ukraynada yayımı, aybKitab stendinin Ukraynada təşkili və açılışı, hər üç aydan bir kitabı nəşr olunmuş müəlliflərin Ukraynada imza günlərinin təşkil edilməsi və digər məsələlər öz əksini tapıb: “Bundan başqa AYB-nin ayb.tv kanalı ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporuna məxsus diaspora.tv kanalının yaxından əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi, eyni zamanda Mahmud Kaşkari adına Beynəlxalq Fond ilə ədəbi müsabiqələrin təşkil olunması da əməkdaşlıq müqaviləsində qeyd edilib”.
Görüşdə çıxış edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov isə təmsil etdiyi qurumun məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətlinin dəstəyini dilə gətirən H.Cavadov qeyd edib ki, təşkilatın nəzdində özündə 50-dək azərbaycanlı alimi birləşdirən Alimləri Şurası fəaliyyət göstərir. “Kitab ölkələr arasında qalıcı bir faktordur” - deyən diaspora sədri əməkdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin inkişafı üçün lazımi işlərin yüksək səviyyədə reallaşacağını vurğulayıb. H.Cavadov Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən diaspor məktəbləri üçün hazırlanan kitabı AYB sədrinə hədiyyə edib: “Bu kitabı öz təşəbbüsümüzlə Azərbaycan, Rus və Ukrayn dillərində çap etdirmişik. Əgər tövsiyələriniz olarsa gələcək nəşrlərdə nəzərə alacağıq”.
Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev isə əməkdaşlığı yüksək qiymətləndirərək hər iki quruma fəaliyyət istiqamətində uğurlar arzulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info