Ulduz Şokolad Fabriki daha bir sərgidə uğurla təmsil olunub
Tarix: 18.02.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ulduz Şokolad Fabriki dekabrın 18-də Bakı şəhər, Nizami Rayon İcra Hakimiyyətində təşkil olunmuş sərgidə iştirak edib. Özünün keyfiyyətli və geniş çeşidli məhsulları ilə uğurla təmsil olunan Fabrik sərgi iştirakçılarına fəaliyyətini əks etdirən maarifləndirici və məlumatlandırıcı bukletlər, kataloqlar təqdim edib.
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və qonaqlar Fabrikin stendi qarşısında ayaq saxlayaraq fabrikin fəaliyyət istiqamətləri və məhsullar ilə yaxından tanış olublar.
İcra başçısına bildirilib ki, ötən il quraşıdırlan yeni avadanlıqlar fabrikin istehsal gücünü 1 saatda 3400 kq-a çatmasına şərait yaratmışdır. Bunun nəticəsində istehsal potensialı nəzərə çarpacaq dərəcədə artırılacaq. Bu da yeni iş yerlərinin açılması və Nizami rayonunda yaşayan əmək qabiliyyətli insanların işlə təmin olunmasına şərait yaradacaqdır. Sərgi iştirakçılarına bildirilib ki, fabrik öz strateji hədəfini əsasən ixracat üzərində qurub. Bunun nəticəsi olaraq “Ulduz” fabrikinin şokoladları Rusiya, Türkmənistan, Monqolustan, Bolqarıstan, Latviya, Gürcüstan, BƏƏ, İsrail, Belarusiya, Ukrayina kimi xarici ölkələrə ixrac olunur. Yaxın gələcəkdə isə istehsal potensialını nəzərə alaraq ixrac olunacaq ölkələrin siyahısının artırılması planlaşdırılır. Məhz ixrac potensialının artırılması və Azərbaycan Malının xarici bazarlarda yer tutması üçün ötən il ərzində beynəlxalq qida sərgilərində iştirak edilib. Bunlara misal olaraq, Moskva, Dubay və Almaniya da keçirilən qida sərgilərini göstərmək olar.
Qeyd edək ki, Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, respublikanın tanınmış şəxsləri və ziyalıların iştirak etdiyi sərgi Nizami rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı çərçivəsində təşkil olunmuşdu.
Xatırladaq ki, “Ulduz” fabriki 2001-ci ildə təsis edilib və qida istehsalı üzrə fəaliyyət göstərir. Fabrikin əsas fəaliyyət istiqaməti şokolad istehsalıdır. Fabrik Almaniya və digər aparıcı Avropa ölkələrindən gətirilən, beynəlxalq standartların tələblərinə cavab verən, müasir avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 20-dən artıq adda və 100-ə yaxın keşiddə məhsul istehsal edən fabrikin əsas məqsədi keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info