Əcnəbi tələbələr Xocalıya ədalət istədilər
Tarix: 18.02.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Artıq xaricdə təhsil alan gənclərimiz Azərbaycanın, sözün həqiqi mənasında, yeni gücünə çevriliblər. Onlar öz təhsillərində uğurları sıralamaqla yanaşı, ictimai işlərdə, təbliğat tipli tədbirlərdə aktiv olurlar, bir çox hallarda isə müstəqil şəkildə tədbirlər təşkil edirlər. Belə adı öncüllər sırasında olan aktiv gənclərimizdən biri də İspaniyanın Vitoria- Gasteiz şəhərində təhsil alan Azərbaycan Dillər Universitetinin doktorantı, Bask Ölkə Universitetinin tədqiqatçısı Fatma Qurbanzadədir. O, “Xocalıya ədalət!” adlı tədbir təşkil edilib. Tədbir “Xocalı – Vəhşiliyin görünməmiş üzü! Haqq yandıran çırağınız sönməz olsun!” başlığı altında olub. Nümayişi giriş sözü ilə açan Fatma Qurbanzadə əvvəlcə özü haqqında qısa məlumat verib və bu universitetdə təhsil alan yeganə azərbaycanlı tələbə olaraq, Azərbaycanı təmsil etməkdən qürur və fəxarət hissi keçirdiyini vurğulayıb. Daha sonra o qeyd edib ki, tarix çox faciələr, fəlakətlər, qanlı qətllər, misli görünməmiş savaşlar görüb. Amma o günə qədər o qədər də aktual olmayan söz soyqırımı sözünün bizə əsl mənasını dərk etdirən və “layiq”incə yaşatdıran bir faciə - XX əsrin ən dəhşətli faciəsi –Xocalı faciəsi olub. Fatma xanım deyib: “Faciənin digər adları da var. Məsələn, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25- dən 26-na keçən gecə “Xocalı faciəsi” kimi daxil olan qara gün, “Erməni vandalizminin digər adı”, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən bariz nümunəsi”, “Misli görünməmiş hərbi təcavüz”, “Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarına zidd olaraq yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı törətdiyi soyqırımı” , “Miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı faciəsi”, “İnsanlığın, vicdanın və heysiyyatın öldüyü gün”, ən nəhayət, “Vəhşiliyin görünməmiş üzü” .
Fatma Qurbanzadə həmçinin çox da uzaq olmayan tarixə istinad edərək “Xocalı soyqırımı”nın əsl məğzini müxtəlif xalqlardan olan tələbə yoldaşlarına izah edib. O qeyd edib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuş hərbi təcavüz zamanı Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu faciə 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin kulminasiya nöqtələrindən biri olub: “Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə də başladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Soyqırımının əsas məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq olub. Amma bu addım təcavüzkar mənfurları öz niyyətlərinə çatdıra bilmədi. Bu amansız soyqırımı, əslində qanının son damlasına qədər vuruşan sadə, zəhmətkeş xalqın “Qəhrəmanlıq salnaməsı” idi”.
Fatma Qurbanzadə onu da vurğulayıb ki, qeyri-bərabər döyüşlərdə xalqımız əzmkarlıq göstərib, hərbçilərimiz igidliklə vuruşub, düşmən qarşısında əyilməyiblər.
Son olaraq tələbəmiz onu da diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib.
Tədbirin sonunda, Bask Ölkə Universitetində təhsil alan bir sıra tələbələri -Türkiyədən Fatih Demirel , Polşadan Arnika Rakowska, Cənubi Koreyadan Sae Young, Meksikadan Fernando Eguizabal Saavedra, Amerika Birləşmiş Ştatlarından Michelle Dewkett də azərbaycanlı tələbənin səsinə səs verib, aksiyaya qoşulub və bütün dünyaya səslənərək “Xocalıya ədalət istəyirik!” deyiblər.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info