İspaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər müzakirə olunub
Tarix: 18.02.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İspaniyadakı səfiri Altay Əfəndiyev Navarra vilayətinə səfər edib. Səfərin ilk günündə səfir Navarra vilayətinin Ticarət və Sənaye Palatasının sədri Xavyer Taberna Ximenez ilə görüşüb.
Görüşdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlardan bəhs edilib. Bildirilib ki, regionun aparıcı ölkəsi olan Azərbaycan iri investisiya layihələri həyata keçirir. Xüsusən, son illərdə qeyri-neft sektorunun inkişafına, o cümlədən kənd təsərrüfatı sahəsinə böyük önəm verilir.
X.Ximenez Navarra Ticarət və Sənaye Palatasına daxil olan şirkətlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu şirkətlər əsasən iki istiqamətdə - kənd təsərrüfatı infrastrukturunun qurulması və alternativ enerji mənbələrinin yaradılması və istehsalı sahələrində uğurla fəaliyyət göstərir. Palata sədri bu sahələrdə Almaniya, Belçika, Fransa kimi ölkələrlə fəal biznes əlaqələrinin olduğunu qeyd edib və tərəfdaşlar sırasında Azərbaycanı da görmək istədiklərini söyləyib.
Görüşdə qərara gəlinib ki, səfir Altay Əfəndiyevin bu sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşü təşkil olunsun və onlara Azərbaycan iqtisadiyyatı barədə məlumatlar verilsin. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) ilə əlaqələr qurulsun və hər iki qurumun təşkilatçılığı ilə bines-forum keçirilsin.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info