Şəhriyarın şansı çoxdur
Tarix: 18.02.2015 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Tbilisidə Dünya Şahmat Federasiyasının (FİDE) “Qran-Pri” turnirinin növbəti mərhələsi keçirilir.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş sponsorluğu ilə keçirilən turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur. F.Həsənov turnirlə bağlı AzərTAc-ın müxbirinə deyib: “İlk növbədə qeyd etməliyəm ki, FİDE-nin tarixində ilk “Qaran-Pri” 2008-ci ildə Bakıda keçirilib. “Qran-Pri” oyunları da məhz bundan sonra başlayıb. Bu gün izlədiyimiz “Qran-Pri” 2 il ərzində 4 mərhələdə keçirilir və bu yarışda, ümumiyyətlə, 16 idmançı mübarizə aparır. Oyunun qaydalarına görə, hər turnirdə 12 şahmatçı gücünü sınayır və hər şahmatçı 4 turnirin 3-də oynayır. Ümumilikdə 3 turun nəticələrinə görə, 1-ci və ikinci yerləri tutan şahmatçılar Dünya Çempionatının iddiaçıları mərhələsinə vəsiqə qazanır”. F.Həsənov bildirib ki, bu turnir çox gərgin olacaq. Ona görə ki, bu mərhələdə dünyanın ən yüksək reytinqli - 2810 dünya əmsalı olan Aleqsandr Qrişçuk və 2797 əmsalı olan Giri Aniş kimi idmançılar var. Azərbaycanın iki qrossmeystri Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731) bu turnirdə mübarizə aparır. Hər iki şahmatçımız üçüncü-sonuncu turdadırlar. Ş.Məmmədyarov Bakıda keçirilən ilk turnirdə uğursuz çıxış etsə də Daşkənd mərhələsində ikinci olub. O, bu turnirdə də uğurla çıxış edir. İkinci oyununu da qələbə ilə başa vuran Şəhriyar Məmmədyarovun adını dünya çempionluğuna iddiaçılar siyahısına yazdırmaq şansı çoxdur: “Biz ümid edirik ki, Ş.Məmmədyarov turnirdən qalib ayrılacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info