“Bakıda keçiriləcək Avropa Oyunları böyük uğur qazanacaq”
Tarix: 18.02.2015 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək”
“Bakıda keçiriləcək Avropa Oyunları böyük uğur qazanacaq. Bu yarış idmançıların Olimpiadaya daha yaxşı hazırlaşmasına xidmət edəcək”. Bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
O, Bakıya son səfəri ilə bağlı müsahibəsində ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişindən məmnun qaldığını bildirib: “Bakıda olduğumuz 2 gündə yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olduq, yarana biləcək problemlərlə maraqlandıq. Gördüklərimizdən çox razı qaldıq. Bakının hər yerində tikinti işləri aparılır. Bu işə böyük qüvvə sərf olunur. Mən əminəm ki, hər şey qaydasında və vaxtında hazır olacaq”.
Hikki Bakıdakı yarışların gözləniləndən də artıq uğur qazandığını düşünür: “Avropa Oyunları ilə bağlı işlərə başlayanda burada 10 idman növünün olmasını istəyirdik. İndi isə bu rəqəm 20-yə yaxındır. Hətta biz bəzi növlərdən imtina etmək məcburiyyətində qaldıq. Bu da Avropa Federasiyalarının yarışa böyük marağını göstərir. İnanıram ki, 2019-cu ildəki Avropa Oyunlarında atletika və üzgüçülükdə də ən güclü idmançılar çıxış edəcək. Çünki Bakıdakı yarış Avropaya göstərəcək ki, bu oyunlar nə qədər maraqlıdır. Avropa Oyunları idman təqviminin bir hissəsinə çevriləcək. Buna görə də yarışa daha çox maraq cəlb edən növlərin daxil edilməsini istəyirik. Gənc idmançılarda da maraq oyatmaq mümkün olacaq. Düşünürəm ki, Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək. Burada qazanılacaq təcrübə onların hazırlığına müsbət təsir etməlidir. Bunun da nəticəsi Rio-de-Janeyro, Tokio və növbəti Olimpiya Oyunlarında maksimum uğur qazanmaqda əks olunacaq. Bizim üçün Olimpiya xartiyasının prinsipləri çox vacibdir. Azərbaycan tərəfi də bizi bu prinsiplərə əməl olunacağına inandırıb”.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info