“Ukraynada münaqişənin əsas səbəbkarı Avropa İttifaqı ilə ABŞ-dır”
Tarix: 18.02.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Robert Merri: “Rusiya ilə Qərb Ukraynanın şərqindəki rusdilli
əhaliyə geniş muxtariyyət təminatı verən blokdankənar dövlət olması ilə bağlı razılığa gəlməlidirlər”


“Rusiya ilə Ukrayna arasındakı yaşanan böhranın diplomatik həllinə qarşı çıxan qərbli diplomatlar tarixdən dərs çıxarmayaraq unudurlar ki, bu gün Donbasda baş verən münaqişənin əsas səbəbkarı Avropa İttifaqı ilə ABŞ-dır”. Bu fikirlər “The National Interest” nəşrində yer alan məqalədə qeyd edilib.
Nəşrin redaktoru Robert Merri yazır ki, Rusiya və sülhyaratma missiyası ilə çıxış edən Merkeli şablon fikirlərlə ittiham edənlər məsələnin mahiyyətini araşdırmağa cəhd etmirlər. “The National Interest”in redaktoru bunları qeyd edərkən misal kimi bir müddət əvvəl Amerikanın “The Wall Street Journal” nəşrində Breta Stivens imzası ilə dərc edilmiş məqaləni göstərir. Həmin məqalədə son bir neçə əsr ərzində Moskvanın təsir zonasında olan Ukraynaya görə Rusiya ilə birbaşa qarşıdurmaya getməyən Merkel qorxaq adlandırılıb. Məqalədə qeyd edilir ki, heç bir tarixi bənzətməni, İkinci Dünya müharibəsi və ondan sonra olanları, 1940-cı illərdə Almaniyanın hərəkətlərini Rusiyanın Ukraynaya qarşı siyasəti ilə müqayisə etmək mümkün deyil.

“Qərb ölkələri, xüsusən də Amerika Birləşmiş Ştatları xarici siyasət məsələsinə ayıq başla yanaşmalıdır. Beynəlxalq miqyaslı problemlərin həllinə emosional yanaşma çox pis nəticələr verə bilər”

Bundan əlavə, Rusiyanın Ukraynada "status-kvo”nu dəyişdirmək" iddiaları reallıqdan çox uzaqdır: “Bu şəkildə düşünən insanlar, dərk etsinlər ki, məhz Qərb son 350 il ərzində Rusiyanın təsir dairəsində olan Ukraynanı zorla oradan çıxarmağa çalışırlar. Qərbli siyasətçilərin “soyuq müharibə” dövründə keçmiş SSRİ-yə qarşı fəaliyyəti müasir ABŞ hökuməti və Avropa Birliyinin Rusiyaya qarşı münasibəti üçün “yolgöstərən ulduz” ola bilməz. Üstəlik, Moskva ilə birbaşa qarşıdurma üçün səsləndirilən indiki arqumentlər "cəfəngiyyat”dan başqa bir şey deyil”. Müəllifin məntiqincə, Ukraynadakı vəziyyətin Qərb üçün heç bir təhlükəsi yoxdur, amma ölkədəki böhran Qərbin Rusiya ilə Ukrayna arasında münasibətləri dəyişmək cəhdləri ilə bağlı yaranıb və heç bir Rusiya lideri də buna qatlaşmayıb. Robert Merriyə görə, Ukrayna münaqişəsinin mümkün həll yolu danışıqlardır: “Rusiya ilə Qərb Ukraynanın şərqindəki rusdilli əhaliyə geniş muxtariyyət təminatı verən blokdankənar dövlət olması ilə bağlı razılığa gəlməlidir. Bundan başqa, Qərb liderləri Ukraynanın Rusiya təsir dairəsindən uzaqlaşdırılması ideyasından imtina etməlidirlər. Krıma gəldikdə isə, unudulmamalıdır ki bu ərazi 50-ci illərə qədər Rusiyanın tərkibində olub və indi də həmin ərazini Ukraynaya qaytarmağı tələb etməyin heç bir mənası yoxdur. Qərb ölkələri, xüsusən də Amerika Birləşmiş Ştatları xarici siyasət məsələsinə ayıq başla yanaşmalıdır. Beynəlxalq miqyaslı problemlərin həllinə emosional yanaşma çox pis nəticələr verə bilər”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info