2014-cü ilin yekunları müzakirə olunub
Tarix: 18.02.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2014-cü ilin yekunları və Naxçıvan Dövlət Universitetində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirəni rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq mövzu ilə bağlı ətraflı məruzə edib.
Rektor, universitetin ötən il elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində qazandığı uğurlu əhəmiyyətlərdən bəhs edərək qeyd edib ki, 1967-ci ildə təməli qoyulan universitet ötən il də çoxillik ənənələrini davam etdirib, müasir dünya təhsil sisteminin tələblərinə cavab vermək üçün tarixi inkişaf yolu ilə inamla irəliləyib. Universitetin maddi-texniki bazasını gücləndirilməsinə bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris ilində yeni tədris korpusları tikilib, müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyalar, fənn kabinələri istifadəyə verilib. “Baytarlıq” ixtisasının yeni tədris korpusunun və müasir tipli universitet xəstəxanasının binasının tikintisi demək olar ki, başa çatmışdır. Universitet müasir informasiya kommunikasiya vasitələrinin tətbiqini pirioritet istiqamət seçib. Düşünülmüş dövlət siyaəsti nəticəsində Naxçıvan Dövlət Universiteti geniş internet məkanına çevrilib. Bu gün elektron universitet , imtahanların elektron test üsulu ilə şəffaf və obyektiv keçirilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıb. Dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərə gəldikdə, 80-dən çox tanınmış dünya universitetləri ilə əməkdaşlıq edən bu ali məktəb Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. 2014-cü ildə Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tamamlanması Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir.
Universitetdə tələbə mobilliyi də diqqət mərkəzindədir. Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində 8 tələbə tibb təhsilini Türkiyədə davam etdirir. Universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il vəya bir semestr müddətində ali təhsil almağa göndərilir. “Erasmus-Mundus” proqramında iştirak edən tələbələrdən biri Çexiyada, digəri isə Ruminiyada bir illik təhsil almaq hüququ qazanıblar. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. 2014-cü ilin ən mühüm, yaddaqalan hadisəsi isə olmuşdur. Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutmasıdır. Bu uğurlar universitet kollektivdə böyük ruh yüksəkliyi yaratmaqla qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün daha böyük səy və əzmkarlıqla çalışmağa sövq edir. Müşavirədə İqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli, İqtisad fakültəsinin İqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Zeynalabdin Cəfərov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 2014-cü ilin yekunları bir daha göstərir ki, təhsil müəssisələrinin fəaliyyəti gücləndirilmiş, ali təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkil olunmasına diqqət artırılmışdır. Əldə olunan nailiyyətlər Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısının bəhrələridir.
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info