KİVDF və Nizami Rayon İcra Hakimiyyətinin birgə müsabiqəsinin nəticələri açıqlanıb
Tarix: 18.02.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Dünən Nizami Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib. Hesabat iclası çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanmış, qaliblər mükafatlandırılıblar.
İlk olaraq Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarını rayonun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib.
Hesabat xarakterli filmdə Nizami rayonunun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Kərimova, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış ediblər. Natiqlər ölkə başçısının rəhbərliyi altında respublikada mühüm infrastruktur layihələrinin həyata keçirildiyini, paytaxt Bakının və bölgələrin böyük tikinti meydanına çevrildiyini vurğulamış, habelə Nizami rayon İcra Hakimiyyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndiriblər. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə yer alan makroiqtisadi göstəricilər Nizami rayonunun son illər sürətli inkişaf yolu keçdiyini göstərir. Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırıb. İcraçı direktor Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 4-dən dekabrın 24-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 37 yazının daxil olduğunu diqqətə çatdırıb. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info