Stanford Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir
Tarix: 19.02.2015 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan, Kaliforniyada yerləşən Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib.
Baş Konsulluqdan verilən məlumata görə, Sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr Cəfər Cəfərov və Yasmin Bəşirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin müəllim-tələbə kollektivi, eləcə də Kaliforniya ştatının şimal şəhərlərində yaşayan Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.
Tədbirin açılışında azərbaycanlı tələbə Y.Bəşirova qonaqları salamlayaraq, sözü Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı və Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubova verib.
Y.Babanlı öz çıxışında Sovet İttifaqının son illərində erməni ekstremizminin yaratdığı etnik qarşıdurma vəziyyətindən və bunun nəticəsində regiona yayılan hərbi-siyasi böhrandan, daha sonra bu böhranın Ermənistan tərəfindən sistemli şəkildə Azərbaycana qarşı aparılan zorakılıq və işğalçılıq siyasətinə çevrilməsindən bəhs edib. O, həmçinin Ermənistan ordusu tərəfindən Xocalının işğalı ərəfəsində Malıbəyli və Quşçular kəndlərinin 10-12 fevral və Qaradağlı kəndinin 17 fevral tarixlərində işğalı və bu kəndlərdə azərbaycanlılara qarşı həyata keçirilən qətliam haqqında söz açmışdır. Y.Babanlı qeyd etmişdir ki, Xocalı erməni işğalçıları üçün strateji əhəmiyyət daşısa da, onların əsas məqsədi yerli əhali üzərində qətliam törətməklə, Azərbaycan xalqı arasında vahimə salmaq idi. Çıxışında Y.Babanlı müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi barədə də iştirakçıları məlumatlandırıb.
Xocalı soyqırımı zamanı beynəlxalq ictimaiyyətin gözləri qarşısında ən ali bəşəri dəyərlərə ağır zərbələr vurulduğunu, çox sayda günahsız insanın vəhşiliklə qətlə yetirildiyini və bütün bu baş verənləri canlı şahid kimi gördüyünü bildirən Xocalı sakini A.Usubov foto-faktlar əsasında öz kədərli xatirələrini bölüşüb. Sonra natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Tədbirin sonunda Xocalı soyqırımı zamanı törədilmiş ağır cinayətləri və Xocalı qurbanlarının iztirablarını əks etdirən sənədli film nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info