Leyla Əliyeva Londonda sərginin açılışında iştirak edib
Tarix: 19.02.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Sotheby`s” hərrac evində tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan Cavad Mircavadovun sərgisi açılıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat verib.
Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Azərbaycanın istedadlı rəssamlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Cavad Mircavadov Azərbaycan rəssamlarının ən istedadlı nümayəndələrindən biri olub. O, sənətsevərlər tərəfindən XX əsrin görkəmli Azərbaycan rəssamı kimi tanınır.
“Sotheby`s” hərrac evinin baş direktorunun müavini lord Mark Poltimore Azərbaycan incəsənətinin dünya sənət aləmində özünəməxsus yeri olduğunu qeyd edib. O, azərbaycanlı rəssamın sərgisinə ev sahibliyi etməkdən məmnunluqlarını ifadə edib.
Sonra sərgiyə baxış olub.
Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-1954-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.
Fevralın 19-dək davam edəcək sərgidə, həmçinin Azərbaycan Dövlət İncəsənət Muzeyindən milli Azərbaycan xalçaları nümayiş etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info