Gənclərimiz İzmirdə sağlamlıqla bağlı keçirilən tədbirdə iştirak ediblər
Tarix: 19.02.2015 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəstəyi ilə, ARGTMŞ-ın üzvü olan Azərbaycan Diabet Liqası, Azərbaycan Amerika Gəncləri İctimai Birliyi, Bizim Nəsil Gənclər Regional İnkişaf Assosiasiyası İB, Gənc Navatorlar İB, Gənc Sahibkarlar Klubu İB və Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin nümayəndələri Azərbaycanı Türkiyənin İzmir şəhərində keçirilən “Sağlam həyat tərzinin inkişafı” adlı beynəlxalq tədbirdə təmsil edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatları olan nümayəndələri Azərbaycanı Türkiyənin İzmir şəhərində keçirilən “Sağlam həyat tərzinin inkişafı” adlı beynəlxalq tədbirdə təmsil ediblər. ARGTMŞ-ın tərəfdaşı olan Türkiyənin “Ege Pedal Spor Klübü” tərəfindən təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Rumıniya, Ukrayna, Polşa, Gürcüstan və Türkiyə də təmsil olunub.
Tədbirin məqsədi Avropada sağlam bir nəsilin yetişməsinə dəstək olmaq, gənclər arasında sağlam həyat tərzinin təbliği, oturaq həyat tərzinin gənclərə aşılanması, gənclər arasında idmanın təbliği olmuşdur. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Tədbirdə mövzuya aid seminarlar, təlimlər və işçi qruplar təşkil olunub, iştirakçı ölkələrdə sözügedən mövzuya dair vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində həmçinin ARGTMŞ-ın nümayəndəsi tərəfindən Azərbaycan gənclər arasında sağlam həyat tərzinin genişlənməsi istiqamətində görülən işlər, eyni zamanda ARGTMŞ-ın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib, Azərbaycan dövlətinin gənclər arasında “sağlam həyat tərzi”nin təbliğinə göstərdiyi xüsusi diqqət və qayğı iştirakçıların diqqətinə çatdırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info