Xocalı soyqırımı ilə bağlı konfrans Meksika mətbuatında
Tarix: 19.02.2015 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Meksikanın “www.sinembargo.mx”, www.enterlineas.com.mx” xəbər saytlarında Meksika Konqresinin Deputatlar Palatasında keçirilmiş “İnsan oğurluğu və soyqırımı əleyhinə beynəlxalq gündəm. Xocalıda soyqırımı hadisəsi” adlı konfransa həsr olunmuş məqalələr yayımlanıb.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, həmin məqalələrdə hazırda ölkə gündəmində olan insan oğurluğuna və soyqırımına qarşı mübarizə məsələləri kontekstində Xocalı soyqırımına dair Meksika Konqresinin Deputatlar Palatası tərəfindən keçirilmiş konfransın əhəmiyyəti vurğulanıb.
Məqalələrdə, həmçinin Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi xanım Maqdalena del Sokorro Nunyezin konfransda səsləndirdiyi fikirlərə istinadən Meksikada müvafiq olaraq 43 nəfərin oğurlanması və 22 nəfərin güllələnməsi ilə nəticələnən “Ayotzinapa və Tlatlaya” hadisələrinin “Meksikada insan ləyaqətinin alçalmasına səbəb olduğu” qeyd edilib.
Meksika cəmiyyətinin ölkədə cinayətə, habelə yerli və federal səviyyələrdə insan hüquqlarının qorunması məsələsinə reaksiyasını artırmalı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə Meksika Konqresində Xocalı soyqırımına həsr edilən konfransın dünyada soyqırımı və digər insanlıq əleyhinə cinayət hadisələrinin analizi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Məqalələrdə konfransın koordinatoru, Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun baş katibi Alfredo Roxasa istinadən, tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırımı cinayətləri barədə yeni nəslin məlumatlandırılmasından, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işi aparılmasından ibarət olduğu bildirilib. Həmçinin yazılarda Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun konfransda səsləndirdiyi fikirlərə də yer ayrılıb, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Xocalı soyqırımının təfərrüatları və münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib,
Məqalələrdə konfransda çıxış edən digər iştirakçıların fikirləri də əksini tapıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info