Kiyev metrosunda Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı plakatlar yerləşdirilib
Tarix: 19.02.2015 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Kiyev şəhərində Xocalı soyqırımı ilə bağlı böyük kampaniyaya başlanılıb. Bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Kiyevin mərkəzi metro stansiyalarında Xocalıda azərbaycanlıların soyqırımı ilə bağlı Ukrayna dilində məlumatlandırıcı plakatlar yerləşdirilib: “Biz əhalinin daha çox istifadə etdiyi "MaydanNezalejnosti", "Xreşatik", "Teatralnaya", "Lev Tolstoy" kimi tanınmış mərkəzi metro stansiyalarının giriş və çıxışlarında asılmış bu plakatlarda erməni hərbi qruplaşmalarının azərbaycanlılara qarşı həyata keçirdikləri hərbi cinayətlərlə bağlı mətnli plakatlar yerləşdirdik. Bu təbliğat vasitələri fevralın sonunadək orda qalacaq”.
H.Cavadov bildirib ki, məqsədləri Xocalı faciəsini Ukrayna ictimaiyyətinə və Kiyev şəhərinin qonaqlarına çatdırmaqla erməni vəhşiliyini ifşa etməkdir: “Bilirsiniz ki, bu gün Ukrayna da separatizmdən əziyyət çəkir, bir sıra şəhərlərində bu və buna oxşar vəhşiliklər törədilir. Hazırda çox həssas dönəmdir, Kiyevə yüzlərlə xarici qonaq və KİV nümayəndələri gəlir. Məqsədimiz bu fürsətdən istifadə edib Azərbaycanın hələ 23 il bundan öncə başına gətirilən müsibətləri onlara çatdırmaqdır”.
Ukraynada Xocalı faciəsi ilə bağlı daha bir neçə bu kimi layihələr həyata keçiriləcəyini bildirən Diaspor rəhbəri bu istiqamətdə “Xocalıya Ədalət” Kampaniyasının rəhbəri, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müstəsna və yüksək koordinatorluğunun xüsusi qeyd edib.
H.Cavadov bildirib ki, diaspora məxsus “Azərbaycanın sözü” qəzetində Xocalı soyqırımına həsr edilmiş Ukrayna dilində xüsusi buraxılış hazırlanır: “Soyqırımla bağlı keçirəcəyimiz anım tədbirində isə “Xoca” filmi nümayiş etdiriləcək”.
Qeyd edək ki, layihənin koordinatoru Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanovdur.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info