“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans
Tarix: 19.02.2015 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edərək XX əsrin ortalarından başlayaraq dünyada əsaslı inkişaf tempinə malik olan İslam maliyyəsi üzrə vəsaitlərin Azərbaycanda tətbiqinin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bugünkü tədbirin məqsədi İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr apararaq təkliflər vermək, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisinin əlaqələndiricisi Mustafa Haşim Polad bildirib ki, faiz dərəcələri ilə bağlı çətinlik aradan qaldırılarsa, evdə saxlanılan pullar iqtisadiyyata daxil olar, bu da ölkədəki iqtisadi mənbələrin daha effektiv istifadə olunmasına gətirib çıxara bilər. Bugünkü tədbir bu istiqamətdə təkliflərin verilməsində səmərəli ola bilər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qeyd edib ki, bu gün dünya maliyyə bazarında 1,3 trilyon ABŞ dolları həcmində dövriyyəyə malik olan və dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən tətbiq edilən İslam maliyyəsi məhsullarının ölkəmizdə formalaşdırılması kiçik və orta sahibkarlığın inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, istehsalata ucuz kreditlərin cəlbi, ölkəmizdə rəqabətə davamlı məhsul istehsalının təşkili, regionların tərəqqisi, yeni iş yerlərinin açılması, maliyyə bazarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə olduğu halda Azərbaycan hökuməti tərəfindən bu maliyyə sisteminin ölkəmizdə inkişaf etdirilməsinin prioritet məsələ kimi önə çəkilməsi məqsədəuyğundur.
“Azərbaycanda 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır. İslam prinsiplərinə uyğun məhsullar təqdim edilir. Bunun məbləği cəmi 300 milyon manat təşkil edir. 2015-ci ilin sonuna bu məbləğin 500 milyon manata çatacağı gözlənilir. Bu göstərici ölkəmiz üçün əhəmiyyətli rəqəmdir. Gələcəkdə İslam maliyyəsi əsaslı bazarın göstəricilərinin ayrıca hesablanması məqsədəuyğun olar. İslam maliyyəsi bizim modelimizdir və bu modeli yaymaq həm de bizim soy kökümüzə bağlı olmalıdır, - deyə R.Atakişiyev diqqətə çatdırıb.
Konfransda kiçik və orta sahibkarlığın investisiya təminatında İslam maliyyəsinin rolu, Azərbaycanda İslam bankçılığının inkişafı: imkanlar və perspektivlər, qeyri-İslam ölkələrində İslam bankçiliğinin inkişaf perspektivləri, İslam bankçılığının inkişafı və Azərbaycanda tətbiqi perspektivləri, lizinq fəaliyyətinin İslam bankçılığı məhsulları ilə maliyyələşdirilməsi imkanları və s. mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, konfrans İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) ilə birgə keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info