ƏƏSMN-də vətəndaşların müraciət imkanları genişləndirilib
Tarix: 19.02.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən vətəndaşların nazirliyə müraciət imkanlarının genişləndirilməsi, hər bir müraciətin obyektiv və ədalətli şəkildə araşdırılması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Nazirlikdən bildirilib ki, son bir ildə nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulmaqla, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, nazirlik rəhbərliyinin “Çağrı mərkəzi” tərəfindən göstərilən xidmətin keyfiyyətinə mütəmadi nəzarət etməsi üçün xüsusi monitorlar quraşdırılıb, həmçinin “Çağrı mərkəzi”nin proqram təminatı ayrı-ayrı qurumların informasiya ehtiyatlarına inteqrasiya olunub. Cari ilin yanvar ayında 142-“Çağrı mərkəzi”nə 5352 ədəd müraciət daxil olub ki, onlardan 2496 ədədi (46,6 faiz) sosial təminat, 389 ədədi (7,2 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 285 ədədi (5,3 faiz) məşğulluq, 2182 ədədi (40,7 faiz) əmək qanunvericiliyinə dair məsələləri əhatə edib.
Bununla yanaşı, nazirliyin qəbul otağında vətəndaşların rahat şəkildə müraciət etmələri və onların müraciətlərinin məzmununa uyğun olaraq nazirliyin müvafiq əməkdaşları tərəfindən qəbul edilmələri üçün normal şərait yaradılıb. Qəbul otağında vətəndaşların ƏƏSMN-nin 30 dekabr 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin 2015-ci il üzrə vətəndaşları qəbul Qrafiki” əsasında nazir, nazir müavinləri, aparat rəhbəri və nazirliyin digər məsul şəxsləri tərəfindən qəbulu həyata keçirilir. Həmin qrafik ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Vətəndaşlar üçün” bölməsində də yerləşdirilib.
Ötən ay nazirliyin qəbul otağına müraciət edən vətəndaşların sayı 898 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilı müqayisədə 6,5 faiz azdır. Müraciətlərin 17,2 faizi sosial təminat, 18,9 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 21,2 faizi məşğulluq, 8,4 faizi əmək qanunvericiliyi, 34 faizi isə digər məsələlərlə əlaqədar olub. Ötən ay qəbul otağına müraciət edən 19 nəfər vətəndaş nazir, 26 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, 853 nəfər vətəndaş isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib. Habelə yanvar ayında “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü il ərzində respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki”nə uyğun olaraq, nazir tərəfindən Abşeron rayonunda keçirilən vətəndaş qəbulu zamanı 4 rayon və şəhər üzrə 28 nəfər vətəndaş qəbul olunub. ƏƏSMN-nin rəsmi facebook səhifəsi vasitəsilə də vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlərinin cavablandırılması təmin edilir. Təkcə ötən ay bu səhifədə 86 müraciət aidiyyəti üzrə cavablandırılıb.
Ümumilikdə ƏƏSMN-də hər bir vətəndaş müraciəti obyektiv və ədalətli şəkildə araşdırılaraq qanuna uyğun olaraq cavablandırılır, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info