“İŞİD” terror qruplaşması kimi təşkilatların hərəkətlərinin dinə aidiyyəti yoxdu”
Tarix: 19.02.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


“İŞİD”ə qarşı koalisiyaya başçılıq edən Amerika prezident Barak Obama İslamı müdafiə etdiyini bəyan edib.
Obama Vaşinqtonda keçirilən ekstremizm və terrorçuluqla mübarizə konfransında çıxış edərkən ABŞ-ın İslam dini ilə deyil, dini təhrif edənlərlə mübarizə apardığını deyib.
"Biz İslamla döyüşmürük, biz İslamı təhrif edənlərlə döyüşürük", - deyə o bildirib.
O, həmçinin deyib ki, din ona inananların cinayətlərinə görə cavabdeh deyil. Barak Obamanın sözlərinə görə, “İŞİD” terror qruplaşması kimi təşkilatların hərəkətlərinin dinə aidiyyəti yoxdur.
ABŞ prezidenti Suriya və İraqda 20 minə yaxın xarici döyüşçünün “İŞİD” sıralarında döyüşdüyünü açıqlayıb və dünya ictimaiyyətinin buna biganə qalmamağa çağırıb. "Dünya nə isə yaxşı təklif verməlidir. ABŞ İraqda “İŞİD”lə mübarizə üçün hökumət koalisiyasına yardım edir. Lakin ekstremizmlə mübarizə təkcə müharibə yolu ilə aparılmamalıdır. Yerli icmalar da öz sözünü deməlidir, çünki məhz onlar ilk növbədə qurbanlara çevrilir" - deyən Obama, daha təsiredici mübarizə üsullarına ehtiyac olduğunu bildirib.
60-dan çox ölkənin qatıldığı konfrans 3 gün davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info