Jurnalistika fakültəsində təhsil alan bir qrup tələbənin Türkiyəyə səfəri təşkil olunub
Tarix: 19.02.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi ilə birgə reallaşdırdığı Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramının (TAMEP) icrası uğurla davam etdirilir.
Mətbuat Şurasından bildirilib ki, layihə çərçivəsində 2014/2015-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş Bakı Dövlət Universitetinin (BDU) 10 tələbəsinin Türkiyəyə səfəri təşkil olunub. Səfər tələbələrin Türkiyənin media təcrübəsi ilə yaxından tanışlığını təmin etmək məqsədi daşıyıb.
Tələbələrdən ibarət heyətə BDU-nun jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şamil Vəliyev və televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova rəhbərlik edib.
Səfər çərçivəsində tələbələr TİKA-da, TRT-də, TRT Ankara radiosunda, TRT muzeyində olub, Anadolu Agentliyində, Ankara Qazi Universitetinin jurnalistika fakültəsində, həmçinin “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti kimi media qurumlarında təlim-təcrübə proqramlarına qatılıblar. Onlara Türkiyənin kütləvi informasiya vasitələrinin spesifik iş xüsusiyyətləri barədə geniş məlumatlar verilib, yeni media ənənələrinin formalaşmasındakı konkret məqamlardan söz açılıb.
Qeyd edək ki, TAMEP layihəsi çərçivəsində indiyədək bir sıra tədbirlər gerçəkləşdirilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
20.09.2019
YAP Masallı rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info