“Azərbaycanda alternativ enerjiyə dəstək” layihəsinə dair seminar keçirilib
Tarix: 19.02.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMDA) Avropa İttifaqı və Norveç hökuməti tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycanda alternativ enerjiyə dəstək” layihəsinə dair yekun seminar keçirilib.
Tədbirdə ABEMDA–nın sədr müavini, layihənin direktoru Cəmil Məlikov layihə çərçivəsində görülən işlərdən bəhs edərək bildirib ki, agentliyin ilk təşəbbüslərindən biri də alternativ enerji sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olub.
C.Məlikov seminar iştirakçılarına Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, hazırda Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində alternativ və bərpa olunan enerji mənbələri hesabına alınan enerjinin Qobustan şəhərinin enerji təchizatının “ağıllı şəbəkə” vasitəsilə həyata keçirilməsi layihəsi uğurla davam etdirilir. Bununla bağlı praktiki işlər görülür, seminar və konfranslar, eləcə də əhalinin maarifləndirilməsi işləri həyata keçirilir.
Seminarda BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini xanım Nato Alhazişvili də iştirak edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info