Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti tədbir “Şur” dəstgahına həsr olunub
Tarix: 19.02.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti tədbir “Şur” dəstgahının təqdimatına həsr olunub.
ADMİU-dan bildiriblər ki, musiqi sənəti fakültəsinin muğam sənəti kafedrası müəllimlərinin yaradıcılıq-ifa işinə həsr olunan tədbiri bu ali məktəbin rektoru, professor Fərəh Əliyeva açaraq universitetdə keçirilən və IV Beynəlxalq Muğam Festivalına həsr olunan silsilə tədbirlərin əhəmiyyətindən danışıb.
Rektor Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən olan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının muğamlarımızı bütün dünyaya tanıdılmasında böyük rolundan, onların musiqi mədəniyyətimizdəki yerindən söz açıb, istedadlı xanəndələrin üzə çıxarılmasında və tanıdılmasından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Muğam sənəti kafedrasının müəllimi xalq artisti Gülyanaq Məmmədova dəstgah haqqında tarixi və nəzəri məlumat verib.
Sonra “Şur” dəstgahı Gülyanaq Məmmədova, xalq çalğı alətləri ifaçılığı kafedrasının dosentləri, əməkdar artistlər Vamiq Məmmədəliyev, Mirnazim Əsədullayev və tələbələrin ifasında dinləyicilərə kompozisiya şəklində təqdim edilib.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində keçirilən növbəti tədbir yaradıcılıq-ifa işi olmaqla, ustad dərsi xarakteri daşıyacaq. Fevralın 20-də “Zabul-Segah” dəstgahına həsr olunacaq ustad dərsi xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Zakir Mirzəyev və tələbələrin iştirakı ilə keçiriləcək.
Musiqi sənəti fakültəsinin muğam sənəti və xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən bu silsilə tədbirlər festival başlayanadək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info