Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir
Tarix: 19.02.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Bakıda iyun ayında keçiriləcək birinci Avropa Oyunlarının bir məskəni də Avropa Oyunları Parkı adlanan ərazidir. Bayraq Meydanının yaxınlığında yerləşən bu ərazidə hazırda Su İdmanı Sarayı və daha üç idman qurğusunun inşası davam etdirilir.
Soyuq hava şəraitinə baxmayaraq, idman obyektlərinin tikintisində qızğın iş prosesini müşahidə etdik. Burada çalışanların əksəriyyəti azərbaycanlı mütəxəssislərdir. Diqqətimizi cəlb edən əsas məsələlərdən biri tikinti meydançasında hökm sürən xüsusi nizam-intizam və yüksək təhlükəsizlik qaydalarına riayət olunması idi.
Su İdmanı Sarayı 6 hektar ərazidə yerləşir. Bu möhtəşəm idman qurğusunda birinci Avropa Oyunları zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlar keçiriləcək.
Arenanın dəmir karkasları artıq vurulub, oturacaqlar quraşdırılıb. Güclü işıqlandırma və istilik sistemi çox mükəmməl şəkildə qurulub. Binanın kommunikasiya xətlərinin çəkilişi də artıq tamamlanmaq üzrədir. Yarışların keçiriləcəyi hovuzlar isə demək olar ki, tam hazırdır. İdman sarayının tikintisində istifadə olunan avadanlıqlar xaricdən gətirilib.
Layihənin rəhbəri Tom Burçerin sözlərinə görə, bu idman sarayı üzgüçülük və suya tullanma hovuzundan əlavə 2 məşq hovuzundan da ibarət olacaq. Yarışların keçiriləcəyi əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metrdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 4,5 metrdir.
Üzgüçülük yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Bu idman növü üzrə 4 testin keçiriləcəyi nəzərdə tutulub.
Dördmərtəbəli arenanın şərq hissəsi tamaşaçılar üçün nəzərdə tutulub. Təbii ki, mətbuat mərkəzi üçün də xüsusi yer ayrılıb. İdmançılar üçün soyunub –geyinmə otaqları, hakimlərin dincəlməsi və xüsusi qonaqlar üçün VİP otaqlar hazırlanacaq.
Su İdmanı Sarayında keçiriləcək yarışlarda Avropa Oyunlarının mükafatları uğrunda təqribən 800 idmançının mübarizə aparacağı gözlənilir. Bu idman sarayının layihəsi Koreya Respublikasının “Securo CO.LTD” şirkəti tərəfindən hazırlanıb.
Tikinti işlərinin martın sonunadək yekunlaşdırılması və iyun ayında tam başa çatması planlaşdırılır. Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Avropa Oyunları Parkında Su İdmanı Sarayı ilə yanaşı daha üç idman qurğularının inşası aparılır. Həmin idman qurğularında su polosu, çimərlik voleybolu və futbolu, basketbol (3x3) yarışları keçiriləcək. Avropa Oyunları Parkının ərazisində iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da həyata keçirilir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info