Binəqədidə Narkomaniyaya qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib
Tarix: 19.02.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında fəaliyyət göstərən Şura Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2014-cü il ərzində gördüyü işlər barəsində iclas Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Aygün Əliyevanın sədrliyi ilə keçirildi. Tədbirdə RİH başçısı aparatının şöbə müdiri Nuridə Allahyarova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, həmçinin rayonun hüquq-mühafizə orqanları və bir sıra icra strukturlarının nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak etdilər.
Binəqədi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbiri Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Aygün Əliyeva giriş nitqi ilə açaraq insanların, xüsusilə gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyindən danışdı. A.Əliyeva vurğuladı ki, narkomaniya bəlası insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında pozucu və dağıdıcı faktor rolunda çıxış edir. Gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlam formalaşması naminə ictimai məsuliyyətini dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı mübarizədə həmrəylik göstərməsinin vacib olduğunu da RİH başçısının müavini çıxışında xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Prokurorunun müavini Ülvi Abbasov Milli Təhlükəsizlik Nazirliyi Binəqədi Rayon İdarəsinin rəis müavini Məzahir Xəlilov, Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elman Seyidov narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışdılar, bu sahədə koordinasiyalı işin vacibliyini qeyd edərək ictimaiyyətin həssaslıq göstərməsinin əhəmiyyətindən bəhs etdilər.
Komissiyanın iclası Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanın Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2014-cü il ərzində gördüyü işlər barədə hesabat məruzəsi ilə davam etdirildi. Tədbirdə Şura qərarının oxunmasından sonra yekun müzakirələr aparıldı.
Müzakirələrdən sonra tədbirin bədii hissəsində Binəqədi Mərkəzi Mədəniyyət Evinin akt zalında Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş “Həyatla oyun” teatr tamaşası nümayiş etdirildi.
Tamaşa tədbirdə iştirak edən məktəblilər tərəfindən böyük maraqla qarşılandı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info