Tərtər rayonunun 79 minə yaxın sakini tibbi müayinədən keçəcək
Tarix: 19.02.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bu xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Artıq idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivlərinin tibbi müayinəsi başa çatıb. Rayonun 51 yaşayış məntəqəsindən 11-də sakinlər müayinədən keçirilib. Ümumilikdə rayonun 51 yaşayış məntəqəsindən 78 min 853 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulub.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva bildirib ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Müayinəyə terapevt, cərrah, oftalmoloq, nevropatoloq, kardioloq, stomatoloq və digər ixtisaslı həkimlər cəlb olunub. Vətəndaşlar kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Müayinə edilən sakinlərdən 1051 nəfəri ambulator, 16 nəfəri stasionar müalicəyə cəlb edilib, 6 nəfər müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Rayon mərkəzi xəstəxanasında müayinə olunan Səhləbad kənd sakini Zahid İbrahimov, Tərtər şəhər sakinləri Sevil İsgəndərova, Ülviyyə Süleymanova və başqaları yaradılan şəraitə, ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya
23.06.2019
Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
23.06.2019
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23.06.2019
Sabahın hava proqnozu açıqlanıb
22.06.2019
Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info