Azərbaycan ilə Serbiya arasında məhkəmə-hüquq əməkdaşlığının perspektivləri müzakirə olunub
Tarix: 19.02.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və praktikası barədə qonağa məlumat verib. Qeyd edilib ki, yarandığı ilk günlərdən başlayaraq Məhkəmə beynəlxalq hüquq əməkdaşlığına diqqət yetirir, Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini izləyir. Dünya və Avropa Konstitusiya Məhkəmələrinin Konfransı təşkilatlarının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi bir çox xarici konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq edir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, sədr F.Abdullayev Avropada konstitusiya ədalət mühakiməsi sahəsində formalaşan vahid məhkəmə praktikasının əhəmiyyətini vurğulayaraq, konstitusiya prinsiplərinin qorunmasında Konstitusiya Məhkəməsinin mühüm rolunu qeyd edib.
Səfir N.Rodiç qəbula görə təşəkkürünü bildirərək Serbiya Respublikası və Azərbaycan Respublikası Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb, Avropada müşahidə edilən hüquqi inteqrasiyaya toxunub.
Diplomat təmsil etdiyi ölkənin Konstitusiya Məhkəməsinin sədri adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrini Belqrada rəsmi səfərə dəvət edib.
Görüşdə, həmçinin Azərbaycan ilə Serbiya arasında məhkəmə-hüquq əməkdaşlığının perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info