Şəhər və rayonların abituriyentlərinin bilikləri arasında hansı fərqlər var?
Tarix: 19.02.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir. Bu fərq ən çox ingilis dili fənni üzrə verilən cavablarda özünü göstərir. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyadan bildirilib ki, respublikanın böyük şəhərlərindən və kənd rayonlarından olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meyilləri və fənlər üzrə test suallarına cavabvermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb.
Nəticələrə əsasən, hər iki kontingentin ixtisas qruplarına olan istək və meyilləri arasında fərq demək olar ki, yox dərəcəsindədir. Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər.
Hər iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında isə ciddi fərq var. Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi kənd rayonlarından olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ana dili və ədəbiyyat fənləri üzrə hazırlıqda göstərir.
Qeyd olunub ki, biologiya fənnindən başqa, digər fənlər üzrə şəhərlərdən olan abituriyentlərin səviyyəsi üstündür: “Bu, şübhəsiz ki, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır. Ümid edirik ki, son illər dövlət xətti ilə, həmçinin Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblərin inşa edilməsi, onların maddi-texniki bazasının və müəllim potensialının gücləndirilməsi şəhər və rayon abituriyentlərinin bilikləri arasındakı fərqin azalmasına təkan verəcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info