Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq qrant layihəsi qalib gəlib
Tarix: 19.02.2015 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


2014-cü ilin sentyabrın 2-də elan olunmuş 2-ci layihə çağırışına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği” adlı layihəsi qalib gələrək İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) təqdim etdiyi qrant vəsaitinə layiq görülüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 50-yə yaxın layihə arasından seçilərək son 17 iş arasında yer tutan bu layihə 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik şəhərləri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun təbliğinə yönəlib.
Ənənəvi turizm növlərindən fərqli olaraq, arxeoloji turizmin təşviqinə yönələn layihə bu turizm növünə diqqətin artırılması, bu ölkələrin arxeoloji turizm potensialının təbliği və Türk-İslam mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.
Bundan əvvəl 1-ci layihə çağırışına əsasən COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ildə uğurla həyata keçirilmiş “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi çərçivəsində 20-yə yaxın şəhərdə arxeoloji qazıntı əraziləri və digər tarixi abidələr, ortaq turizm məhsulunun yaradılması imkanları araşdırılıb, beynəlxalq marşrut və tur proqramlar tərtib edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info