Avropa Oyunları ilə bağlı Litvada mətbuat konfransı keçiriləcək
Tarix: 20.02.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunları barədə Litva ictimaiyyətinin məlumatlandırılması məqsədilə yaxın günlərdə birgə mətbuat konfransı keçiriləcək. Bu barədə razılıq Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ilə Litva Olimpiya Komitəsinin prezidenti xanım Daina Qudzinevicütenin görüşündə əldə olunub.
Görüşdə bu il iyunun 12-28-də keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına dair geniş fikir mübadiləsi aparılıb. Səfir H.Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük önəm verildiyini bildirib. Diplomat D.Qudzinevicütedən ilk Avropa Oyunlarında idmançılarla yanaşı, Litvanın yüksək rəsmilərinin də iştirakına dəstək göstərməsini xahiş edib.
Litva Olimpiya Komitəsinin prezidenti Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığının şahidi olduğunu vurğulayıb. O, Azərbaycandan sonra növbəti Avropa Oyunlarına sahiblik edəcək ölkənin işinin heç də asan olmayacağını bildirib. D.Qudzinevicüte “Bakı-2015” ilk Avropa Oyunlarında litvalı idmançıların yüksək səviyyədə təmsil olunacağını diqqətə çatdırıb.





 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info