M.Qəhrəmanov: “Dilimizin elmi turizm anlayışları olmalıdır”
Tarix: 20.02.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Bu anlayışlar həm beynəlxalq normalara istinad etməli, həm də mövcud dilçilik qanunlarına uyğun olmalıdır”
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral-Beynəlxalq Ana dili gününə həsr olunmuş «Azərbaycan dilində turizm terminləri» mövzusunda dəyirmi masa keçirildi. Təbiri giriş sözü ilə açan ATMU-nun rektoru Cəfər Cəfərov bildirdi ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib: “Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. Hazırda dünyada 6000-ə yaxın dil var, bunun da 2500-ə qədəri itmək üzrədir. Yerdə qalan 3500 dilin təxminən 500-ü dövlət dilidir. Çox sevindiricidir ki, Azərbaycan dili də dövlət statuslu dillər arasındadır”. Cəfər Cəfərov qeyd etdi ki, bu tədbirin məqsədi ölkəmizdə turizmin inkişafı ilə əlaqədar olaraq dilimizə daxil olun turizm terminlərinin düzgün yazılmasını müzakirə etməkdir.
Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev turizmlə bağlı söz və ifadələrin Azərbaycan və rus dillərində müqayisəsini apararaq onların beynəlxalq terminologiya ilə üst-üstə düşməsinin vacibliyini vurğuladı. Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov isə turizmlə bağlı söz və ifadələrin Azərbaycan və türk dillərində müqayisəsini apardı. Turizmin linqvistik təminatı kafedrasının müdiri Seyidəli Məmmədli Azərbaycanda nəşr edilən lüğətlərdə turizmlə bağlı söz və ifadələrin verilməsi problemlərindən danışaraq bildirdi ki, eyni söz müxtəlif lüğətlərdə müxtəlif cür yazılır və bu da tələbələr üçün problem yaradır.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov isə bildirdi ki, turizm sahəsində işlənən sözlərdən ibarət ayrıca lüğət yaradılmalıdır. Dəyirmi masada səslənən fikirlərə münasibət bildirən millət vəkilinin fikrincə, beynəlxalq terminologiyada işlənən sözləri dəyişdirmək mümkün deyil, çünki bu sözlər artıq dilimizdə hamı tərəfindən qəbul edilib və işlənir.
Nazirlər Kabineti yanında Terminalogiya Komissiyasının sədr müavini, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova indiyə qədər hazırlanmış lüğətlər barədə danışdı. AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə qeyd etdi ki, beynəlxalq terminologiyada qəbul olunmuş terminləri milliləşdirmək olmaz. Amma elə sözlər var ki, onların yazılışı ilə bağlı aidiyyəti qurumlar ortaq fikrə gəlməlidir və bu da lüğətlərdə öz əksini tapmalıdır. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarla iş sektorunun mütləq dilimizin elmi turizm anlayışları olmalıdır. Bu anlayışlar həm beynəlxalq normalara istinad etməli, həm də mövcud dilçilik qanunlarına uyğun olmalıdır. Bildirdi ki, indiyə qədər dilimizdə işlənən turizm terminləri ilə bağlı bir neçə izahlı lüğət tərtib olunub və təmsil etdiyi nazirlik də bu istiqamətdə işləri davam etdirir. Onun sözlərinə görə, yeni «Turizm haqqında» qanun layihəsində 68 terminin qanun anlayışı verilib: «Bu gün müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər Azərbaycanın turizm sektorunda çalışır. Onların öz terminologiyaları var və istər-istəməz dilimizə yeni-yeni terminlər daxil olur. Amma bunun hamısının izahını da vermək mümkün olmur. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin hədəfi odur ki, mütləq dilimizin elmi turizm anlayışları olmalıdır. Bu anlayışlar həm beynəlxalq normalara istinad etməli, həm də mövcud dilçilik qanunlarına uyğun olmalıdır. Bu baxımdan mən bu tədbiri çox yüksək dəyərləndirirəm». Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri Yaşar Məcidov da Azərbaycan dilində turizm terminlərinin düzgün izahının vacibliyini diqqətə çatdırdı. Tədbir müzakirələrlə davam etdirildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info