Bilik Fondu şuşalılarla görüş keçirdi
Tarix: 20.02.2015 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Şuşa Rayon İcra Hakimiyyətində Dağlıq Qarabağın Azərbaycanlı İcması və şuşalılarla görüşüblər.
Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Bilik Fondunun nümayəndəsi, rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, millət vəkili Elman Məmmədov iştirak ediblər.
Əvvəlcə Şuşa Şəhər Yaradıcılıq Mərkəzi yetirmələrinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.
İcra Hakimiyyətinin başçısı B.Səfərov bildirib ki, ölkə Prezidentinin fərmanı ilə Bilik Fondunun yaradılması Azərbaycanın təkcə təhsil sahəsində deyil, bütün sahələrdə uğurlu inkişafına təkan olacaq: “Bilik Fondu öz üzərinə çox şərəfli missiya götürüb. İşğalda olan torpaqlarımızı mütləq azad edəcəyik. Buna ordumuzun gücü çatar. Ancaq sülhpərvər olduğumuz üçün biliyin gücünə daha çox arxalanırıq. Ona görə də əsgərlərimizin, zabitlərimizin intellektual səviyyəsini artırmalıyıq. Şuşa ictimaiyyəti bu işdə Bilik Fonduna hər cür dəstək verməyə hazırdır”.
İcraçı direktor O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş və ətraflı məlumat verib. Qısa zaman ərzində Fondun həyata keçirdiyi layihələrdən danışan O.Səmədov qarabağlıların genetik istedada malik olduqlarını və cəmiyyətin maarifləndirilməsində onların danılmaz rolunu xüsusi vurğulayıb: “Hər birinizi Bilik Fondu ilə yaxından əməkdaşlığa dəvət edirəm, cəmiyyətimizin inkişafında yeganə silah olan biliyin və maarifçiliyin təbliğatında əlinizdən gələni əsirgəməməyə çağırıram”.
Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini deyən millət vəkili E.Məmmədov hərbi sahədə maariflənmənin vacibliyini diqqətə çatdırıb: “Bu gün Azərbaycanın Ordusu, diplomatiyası, səhiyyəsi, iqtisadiyyatı məhz biliyə söykəndiyinə görə tərəqqi yolundadır. Artıq bizim öz sözünü deyən güclü hərbi sənayemiz var. Bilik Fondunun gördüyü işlərlə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi sabahın güclü əsgərinin zəfərinin təminatıdır”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info