Gəncə məktəblisi qədim pullardan ibarət kolleksiya toplayıb
Tarix: 20.02.2015 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Gəncə məktəblisi Nail Böyükzadənin qədim pullardan ibarət fərdi kolleksiyası öz zənginliyi ilə diqqəti cəlb edir.
Orta məktəbin 11-ci sinfində oxuyan Nail bu işlə 4 ildir ki, məşğul olur. Bu maraq ona irsən keçib. Belə ki, Nailin babası da, atası da vaxtilə qədim pullar toplayırdılar. On yeddi yaşlı gəncin kolleksiyasında Azərbaycanla yanaşı, keçmiş sovet respublikalarının, eləcə də İranın, Çinin qədim pullarına rast gəlmək olar. Kolleksioner təxminən 200-ə yaxın qəpik, 150-dək kağız puldan ibarət kolleksiya toplaya bilib və bu məşğuliyyətini davam etdirir.
Nail Böyükzadə müsahibəsində bildirib ki, onun kolleksiyasındakı ən qədim pullar V-VI əsrə aid mis pullar, ən qədim əskinaslar isə çar Rusiyasında 1909-cu ildə buraxılmış kağız pullardır. O öz kolleksiyasını gələcəkdə AMEA-nın Gəncə bölməsinin diyarşünaslıq institutuna hədiyyə etmək niyyətindədir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info