Sabir fondunun prezidenti Qafqaz tələbələrinə seminar verib
Tarix: 20.02.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Biofan klubunun təşkilatçılığı ilə universitet tələbələrinə seminar keçirilib. Bakı Dövlət Universitetinin dosenti, Mirzə Ələkbər Sabir fondunun prezidenti Sevda Tahirli tələbələrlə geniş söhbət apararaq, onları maraqlandıracaq məlumatlar verib. Sevda xanım çıxış edərkən Qafqaz Universiteti ilə əlaqələrindən bəhs edib: “Qafqaz Universiteti ilə çox uzun müddətdir tanışam. Ancaq tələbələrlə ilk dəfədir ünsiyyətdə oluram. Qeyd etməliyəm ki, tələbələrin bu qədər aktiv olması mənim diqqətimi çəkdi. Və çox şad oldum ki, universitetə tərəfindən dəvət olundum. Biofan klubunun tələbələrinə və universitet rəhbərliyinə təşəkkür edirəm. Klubun tələbələrinə uğurlar arzu edirəm. Ümid edirəm ki, belə görüşlərimiz davamlı olacaq. Bir neçə il əvvəl işıq üzü görən “Qanımızın səsi” adlı kitabı haqqında danışan S.Tahirli qan qrupları, onların daşıdığı xüsusiyyətlər haqqında geniş məlumat verib: “Çoxları mənə bu sualı verir ki, necə oldu bu kitabı yazma ehtiyacı hiss etdiniz? Əslində mən bunu yazmaq ehtiyacı duymamışdım. Ancaq bir neçə il əvvəl tədbirlərin birində belə bir fikir səsləndi ki, insanın qan qrupu onun xarakterini müəyyən edir. Mən bunu ilk dəfə eşidirdim. Ona görə də bu haqda tədqiqat aparmaq qərarına gəldim. Və nəhayət “Qanımızın səsi” araşdırma kitabım ilə buna cavab tapdım.” Qan qruplarının hər birinin hansı xarakterə sahib olduqlarını, kariyera seçimləri, tarixi şəxsiyyətlərin xarakterizə olunduğu qan qrupları ilə bağlı maraqlı məlumatlar verən qonaq tələbələr tərəfindən maraqla qarşılanıb. İnteraktiv keçən seminarda S.Tahirli tələbələrin suallarını cavablandırıb. Biofan klubu tələbələri hazırladıqları hədiyyəni qonağa təqdim ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info