Əmək hüquqlarının təminatına dövlət nəzarəti gücləndirilir
Tarix: 20.02.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin nəticələrinə və bu sahədə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
Müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ötən il ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən söz açıb, ölkənin ümumi tərəqqisinə uyğun olaraq, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin də daim gücləndirildiyini vurğulayıb: “Hesabat dövründə 11527 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı əksəriyyəti özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında olmaqla ümumən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Onlardan böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb”.
F.Əlizadə aşkar edilmiş hüquq pozuntularına görə aidiyyəti üzrə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edildiyini, onlara ümumilikdə 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunduğunu, bunun 2013-cü ilə nisbətən 6,8 dəfə çox olduğunu bildirib: “Tətbiq edilmiş cərimələrin 44,6 %-i dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Bununla yanaşı, görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 manat olub. Bu məbləğin 88,8%-i (468434 manat) əmək haqları, 6,4%-i (33932 manat) zərər əvəzi ödənclər, 4,8%-i (25208 manat) sosial müavinət və kompensasiyalar olub”.
Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 13 nəfərin əvvəlki işlərinə bərpa olunduğunu qeyd edən Xidmət rəisi bildirib ki, dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, həmçinin işəgötürənlər arasında aparılan müvafiq təbliğat-məlumatlandırma işləri müsbət nəticələrini verir: “Cari ilin yanvar ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azalaraq 492 fakt təşkil edib. Həmin hüquq pozuntularına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 50,6 faizi (85796 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 44,9 faiz çoxdur”. F.Əlizadə əməyin mühafizəsi sahəsində də müsbət nəticələrin olduğunu diqqətə çatdırıb: “Cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayı da 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında belə hadisə baş verməyib”.
F.Əlizadə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinin ötən ilin uğurlu islahat tədbirlərindən olduğunu qeyd edib, bu sistemin qeyri-rəsmi məşğulluğun aşkarlanaraq aradan qaldırılmasında, əmək bazarına nəzarətin gücləndirilməsində önəminə toxunub.
Müşavirədə əmək hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi sahəsində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunmaqla, bu sahədə yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Belə hallara yol verdiklərinə görə DƏMX-in 4 region üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinə və 8 nəfər əmək müfəttişinə töhmət verilməsi, 1 nəfər əmək müfəttişinin tutduğu vəzifədən azad edilməsi qərara alınıb. Habelə 4 region üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinin və 18 nəfər əmək müfəttişinin rotasiya qaydasında yerlərinin dəyişdirilməsi barədə qərarlar qəbul olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info