Bir qrup gözdən əlil şəxsi peşə reabilitasiyasına cəlb edilib
Tarix: 20.02.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına cəlb olunmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ƏƏSMN tərəfindən daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və artıq növbəti həftənin əvvəlindən kurslara başlanacaq. Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq.
Xatırladaq ki, ötən il ƏƏSMN-nin xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxslərdir. Əlilliyi olan şəxslərin 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.
Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info