Bakı Ali Neft Məktəbi “Baker Hughes“ şirkəti ilə müqavilə imzaladı
Tarix: 20.02.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və "Baker Hughes" (Baker Hughes Services International INC.) şirkəti arasında “Əməkdaşlıq haqqında Müqavilə”nin imzalanma mərasimi keçirilib.
Ali məktəbdən verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından danışıb. Neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan E.Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirib. Rektor, həmçinin ali məktəbin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verib. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını deyib.
"Baker Hughes" şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verib. O, Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərən "Baker Hughes" şirkətinin 61.000-dən artıq işçisi olduğunu qeyd edib. Şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini deyib. Həmçinin "Baker Hughes" şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R.Vaudvayk təmsil etdiyi şirkətlə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını bildirib. О, nüfuzlu Ali Məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu deyib. R.Vaudvayk bu gün imzalanan müqavilənin gələcəkdə BANM-in məzunları üçün çox böyük imkanlar yaradacağını vurğulayıb.
Sonra Bakı Ali Neft Məktəbi ilə "Baker Hughes" şirkəti arasında "Əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.
Qeyd edək ki, müqavilədə BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlənən tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubu və dərnəklər”in işinə maddi yardım göstərilməsi və digər müddəalar öz əksini tapıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info