Aviasiya Akademiyasının tələbələri “Xocalıya ədalət” kampaniyasına qoşuldular
Tarix: 20.02.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Milli Aviasiya Akademiyasının (MAA) tələbələri “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına qoşularaq, genişmiqyaslı aksiya keçiriblər.
Aksiya təşkilatçılarından olan MAA-nın Aerokosmik fakültəsinin 4-cü kurs tələbəsi Xanım Əliyevanın sözlərinə görə, aksiya çərçivəsində 100-dən çox MAA tələbəsi əllərində “Xocalıya ədalət” şüarı ilə akademiyanın həyətində toplaşıblar. Tələbələr öz düzülüşləri ilə “Xocalıya ədalət” kampaniyasının adını ingilis dilində (“Justice for Khojaly”) yazıblar.
Xanım Əliyeva onu da vurğulayıb ki, kampaniyanın ingilis dilində də təbliğ olunmasının əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə cəlb etməkdir.
Aksiyanın fotoşəkillərinin müəllifi olan MAA-nın Nəqliyyat texnologiyaları fakültəsinin 4-cü kurs tələbəsi Cavid Əliyevin sözlərinə görə, hazırlanmış fotoşəkillər ümumi videoçarx formasında toplanaraq “YouTube” və digər böyük internet resurslarında yayımlanacaq.
Qeyd edək ki, Xocalı faciəsinin qarşıdan gələn ildönümü ilə əlaqədar Azərbaycan və müxtəlif xarici ölkələrdə bir sıra anım tədbirləri, aksiyalar həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info