Brüsseldə Avropada təhlükəsizliyə dair toplantı öz işinə başlayıb
Tarix: 20.02.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Belçika Krallığının paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı öz işinə başlayıb. Bu ilin aprelində Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, keçmiş nazirlər, tanınmış siyasi xadimlər iştirak edir. Toplantıda dini radikalizm məsələsində əsas prinsiplər, bu istiqamətdə Avropa İttifaqının rolu, qitədə etimadın bərpası və sülhün təşviq edilməsi istiqamətində qlobal liderlərin addımları, bu sahədə qadınlara və gənclərə səlahiyyətlərin verilməsi, sosial media rolu kimi və digər məsələlər müzakirə olunur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa toplantını giriş sözü ilə açaraq Avropada etimadın bərpa olunması, sülh və sabitliyin qorunması barədə danışıb. O bildirib ki, bu məsələdə bir sıra ölkələr beynəlxalq razılaşmalara hörmətlə yanaşmalıdır, hər bir ölkənin üstünlüyü onun hüquq və normalara göstərdiyi hörmətdir. Daha sonra V.Vike-Frayberqa Avropa ilə Asiyanın əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirilməsi, müştərək cəmiyyətlərin formalaşması məsələlərindən danışıb.
Serbiyanın eks-prezidenti Boris Tadiç də Avropada sülh və sabitlik məsələlərinə toxunaraq qitədə yeni təhlükəsizlik arxitekturasına, yeni şərq tərəfdaşlığı strategiyasına və Avropa ittifaqının genişlənmə siyasətinin tamamlanmasına ehtiyac olduğunu bildirib.
Toplantıda İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko və digəriləri Avropa məkanında əməkdaşlığın inkişafı yolları, dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı çıxış edib.
İki gün davam edəcək toplantıda Avropada etimadın bərpa edilməsi üçün beynəlxalq ictimaiyyətin rəy və təkliflərini müzakirə ediləcək, bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunun məqsəd və vəzifələri barədə fikir mübadiləsi aparılacaq, müəyyən tövsiyələr irəli sürüləcək. Toplantıda vurğulanıb ki, Bakı forumu yeni dünya düzənində etimadın bərpası üçün dünya liderlərinə geniş əməkdaşlıq imkanları yaradır.
Qeyd edək ki, təbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov da iştirak edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info