V. Əliyev: “Ermənistan əldə olunmuş razılaşmaları bloklamağa çalışır”
Tarix: 20.02.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən prezidentlərin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunsa da, Ermənistan üzərinə düşən vəzifəni yerinə yetirmir”

“2014-cü ilin noyabrında Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunub. Bu, Beynəxalq Qırmızı Xaç Komitəsi və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq mexanizminin qurulması ilə bağlıdır. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa da, Ermənistan üzərinə düşən vəzifəni yerinə yetirmir”. Bunu bu gün Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev söyləyib.
Onun sözlərinə görə, “Cəhənnəmdə böyük çığırtı” kitabı Dağlıq Qarabağ münaqişəsi, münaqişə zamanı ermənilərin törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir: “Kitabın Xocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr “Cəhənnəmdə böyük çığırtı” kitabında o şəxslərin öz dilindən təqdim olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki, onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür".
V.Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələr katalizator rolunu oynayır, bu münaqişələr həll olunmadıqca kütləvi qətllər davam edəcək: "Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının apardığı iş sayəsində müəyyən nailiyyətlər əldə olunub. Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrlərdə olduğu kimi, informasiya vakkumu yaradıb həqiqətləri gizlədə bilmir. Ermənistan münaqişənin həlli istiqamətində əldə olunmuş razılıqları bloklamağa çalışır”.
Prezident Administrasiyasının rəsmisi “Cəhənnəmdə böyük çığırtı” kitabını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu kitab xarici dillərə tərcümə olunmalı, yayılmalıdır. Ümid edirəm ki, Azərbaycanın digər aparıcı orqanları bu istiqamətdə işlərini davam etdirəcəklər”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info