Azərbaycan Amerika Alyansı Xocalı aksiyasına start verdi
Tarix: 20.02.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Soyqırım haqqında görüntünü yayımlayan monitor Brodvey küçəsində quraşdırılıb.
ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı Azərbaycan Amerika Alyansı (AAA) növbəti dəfə Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verib.
Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI... Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında keçirilən tanıtım aksiyası Nyu York və Vaşinqton ştatlarını əhatə edir.
Artıq bir neçə gündür ki, Nyu Yorkun məşhur Tayms meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur. Tayms meydanı Nyu Yorkun Manhetten şəhərində yerləşən, “dünyanın yolayrıcı” adlandırılan bir məkandır.
Xocalı soyqırımı haqqında görüntünü yayımlayan monitor Brodvey küçəsində, 46-cı və 47-ci küçələr arasında quraşdırılıb. Tayms meydanına tuşlanan monitorda yayımlanan görüntünü gün ərzində 1,5 milyon, həftə ərzində isə təxminən 11 milyon insan izləyəcək. Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir.
Xüsusilə axşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq, bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.
Aksiyanın davamı olaraq, üzərinə ekranlardan ibarət kub bərkidilən nəqliyyat vasitəsi Nyu Yorkun mərkəzi küçələrini dolaşaraq Xocalı soyqırımından xəbər verən görüntünü yayımlayır. Video kub üzərində 180 dərəcə hərəkət edir və nəqliyyat vasitəsinin hər tərəfində dayanan insanlar və digər nəqliyyat vasitələri məlumatı görməyə müvəffəq olur.
Nyu Yorkdan start götürən kampaniya Vaşinqton ştatında davam etdiriləcək.
Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.orgsaytından,www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info