“Özərini “əsl” müxalifət elan edənlər cəmiyyətə təsirlərini tamamilə itiriblər”
Tarix: 20.02.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Azərbaycanda özərini “əsl” müxalifət elan edənlər cəmiyyətə təsirlərini tamamilə itiriblər. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı onlarla görüşməməsi də bu baxımdan təsadüfi deyil”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
S. Novruzov deyib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ABŞ-Azərbaycan münasibətləri, ABŞ və Azərbaycanın strateji müttəfiq olması barədə xüsusi mesajları çatdırmaq üçün gəlib: “Bu səfər çox əhəmiyyətli idi. Səfər zamanı Azərbaycanda gedən iqtisadi inkişaf, ölkəmizin enerji təhlükəsizliyindəki rolu, işğalçı tərəfindən qeyri-qanuni, qondarma məhkəməsi qurulmuş azərbaycanlı girovların buraxılması, atəşkəsin pozulması ilə bağlı Ermənistanın təxribatları bilavasitə müzakirə olundu”.
S. Novruzov deyib ki, Nulandın bu qədər mühüm məsələlər varkən “heç bir təsir imkanı olmayanlarla görüşməməsində qeyri-adi heç nə yoxdur”.
Politoloq Qabil Hüseynli APA-ya bildirib ki, V. Nuland səfər zamanı bütün məsələlərdə ehtiyatlı hərəkət edib. O, kəlbəcərli girovlarla bağlı prinsipial bəyanat verib, sonradan İrəvanda müəyyən korrektələrlə həmin bəyanatını təkrarlayıb: “Azərbaycanda müxalifətin nümayəndələri elə vəziyyətdədir ki, Viktoriya Nulandın onlara vaxt ayırmasına onun tərəfindən vaxt itkisi demək olardı. Düzdür, Viktoriya Nuland “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, NİDA-çı gənclərlə görüşdü, amma onlara da çox az vaxt ayırdı. Həmin görüş də sırf vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş hesab edilir”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24.05.2019
“Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır”
24.05.2019
“Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib”
24.05.2019
“Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir”
24.05.2019
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info